Apr 13, 2020 16:42 Asia/Baku
  • İtaliya AB-nin koronavirusla mübarizə tərzini tənqid edib
    İtaliya AB-nin koronavirusla mübarizə tərzini tənqid edib

İtaliyanın xarici işlər naziri koronavirus böhranına və Avropa Birliyinin onunla mübarizə tərzinə toxunub. Xəbərdarlıq edib ki, əgər İtaliya süqut edərsə, bu birliyə üzv bütün ölkələr süqut edəcəklər.

İtaliyanın xarici işlər naziri Luiçi Di Mayo dünən Avropa Birliyi ilə koronavirusla mübarizə tərzi barədəki müzakirə haqda belə deyib: İtaliya həyat üstündə müzakirə edən orqanların qarşısında dayanmalı və müqavimət göstərməlidir.

İtaliyanın xarici işlər naziri sonra deyib: Ən yaxşı razılığa nail olmağa səy göstəririk. İtaliyanın hədəfi, həkimlərə, işsizlərə, yeniyetmə və gənclərə, həmçinin şirkətlərə kömək üçün lazım olan bütün pulları xərcləmək bacarığıdır.

Avropa Birliyinin maliyyə nazirləri koronavirusun Avropa iqtisadiyyatına təsirini məhdudlaşdırmaq üçün 500 milyard avroluq birgə fövqəladə büdcənin ayrılması ilə razılaşdılar, amma bəzi Avropa ölkələri, o sıradan Hollandiya və İtaliya bu layihə ilə müxalifdirlər.

İTALİYA AB-NİN KORONAVİRUSLA MÜBARİZƏ TƏRZİNİ TƏNQİD EDİB

Teqlər

Şərhlər