İyun 28, 2020 12:40 Asia/Baku
  • ABŞ-ın sabiq irqçi prezidentinin adı Prinston universitetinin portalından silinir

ABŞ-da tüğyan edən ədalətsizliyə və irqçiliyə qarşı kütləvi aksiyalarla eyni zaman, Prinston Universitetinin rəsmiləri ABŞ-ın sabiq prezidentlərindən birinin adını "İctimai Siyasət" fakultəsinin üzərindən siliblər.

SaharAzeri İRİB-ə istinadla xəbər verir, Prinston Universitetinin səlahiyyətliləri bir bəyanat yayaraq, ABŞ-ın 28-ci prezidenti olmuş irqçi Vudro Vilsonun adını "İctimai Siyasət" fakultəsinin, həmçinin bir yaşayış kollecinin portalından siləcəklərindən xəbər veriblər.

Bəyanatda deyilir: "İrqçi siyasətləri və düşüncələrinə görə, Vilsonun adı Prinston Universitetinə uyğun deyil".

Bəyanatda, həmçinin irqçiliyin bütün növləri ilə mübarizənin davam etdirilməsi vurğulanıb.

Vudro Vilsonun adı elə bir halda Prinston Universitetinin portalından silinir ki, ABŞ-da ölkə böyü etirazların davamında etirazçılar tədricən quldarlıq simvollarını məhv etməyə çalışırlar.

Eyni zamanda ABŞ prezidenti Donald Tramp şənbə günü səhər saatlarında bu ölkənin binaları, xatirə abidələri və heykəllərinin qorunmasına dair bir sərəncam imzaladığını elan edib.

Qeyd edək ki, ABŞ-da Corc Floydun polis zabiti tərəfindən öldürülməsinə və ağdərili polis zabitinin qeyri-insani davranışına qarşı etirazlar, hazırda geniş vüsət alıb və etiraz dalğası bütün ölkəni bürüyüb.

ABŞ-da mayın 25-də Minnesota ştatının Minneapolis şəhərində afro-amerikan Corc Floyd ağdərili bir polis zabiti tərəfindən qətlə yetirilib.

 

Teqlər

Şərhlər