İyun 29, 2020 12:43 Asia/Baku
  • Avropada sionist rejimin ilhaq planına qarşı etiraz aksiyası keçirilib

Fransa və Belçika xalqı sionist rejimin Qərb sahilini işğal etmək planına qarşı aksiya keçirib.

SəhərAzəri xəbər verir, Fələstinin İnformasiya Mərkəzindən verilən məlumata görə, yüzlərlə etirazçı Fransanın müxtəlif şəhərlərində, o cümlədən paytaxt parisdə aksiya keçiriblər. Onlar şüarlar səsləndirərək, Fələstin xalqı ilə həmrəyliklərini bildirib, sionist rejimin işğalçı planını qınayıblar.

Fransalı etirazçılar, həmçinin sionist rejimin baykot edilməsini tələb ediblər. 

Türkiyənin Anadolu xəbər agentliyinin məlumatına görə, sionist rejimin Qərb sahilinin böyük hissəsini işğal etmək planına qarşı reaksiyaların davamında, həmçinin dünən  Belçikada yüzlərlə etirazçı ABŞ-ın bu ölkənin paytaxtı Brüsseldəki səfirliyi yaxınlığında piket keçiriblər.

Belçikalı nümayişçilər əllərində üzərinə "Fələstin torpağının ilhaqına yox deyirik", "Fələstin əziyyət çəkir" və "Fələstin müqavimət göstər" cümlələri yazılmış plakatlar daşıyaraq, sionist rejiminin bu planına etirazlarını bildiriblər.

Bundan əvvəl də BMT-nin Baş katibi Antonio Quterreş Təhlükəsizlik Şurasında video konfrans vasitəsilə sionist rejimini Qərb sahilini işğal edilmiş ərazilərə ilhaq etmək planını ləğv etməyə çağırıb.

Fələstinin İslami Müqavimət Hərəkatı-HƏMAS və İslami Cihad Hərəkatıda iyunun 28-də bir bəyanatda, Fələstin müqavimətinin sionist rejimin təcavüzləri qarşısında dayanmaq üçün hazır olmasının vacibliyini və bu sahədə əməkdaşlıq etməyə hazır olduqlarını vurğulayıb. 

Sionist rejim ABŞ prezidenti Donald Trampın dəstəyi ilə iyunun birindən etibarən İordan çayının qərb sahilinin 30 faizini rəsmən işğal etməyi planlaşdırır.

Fələstin rəsmiləri və qurumları bu hərəkəti Vaşinqtonun "əsrin sövdələşməsi" adı ilə tanınan anti-Fələstin və biabırçı planının tərkib hissəsi kimi dəyərləndirir və buna görə də, ABŞ və sionist rejimlə bütün əlaqələri kəsməyə çağırırlar.

Teqlər

Şərhlər