İyul 29, 2020 11:34 Asia/Baku
  • Çin XİN başçısı:

Çinin xarici işlər naziri fransız həmkarı ilə telefon danışığı zamanı, ABŞ hökumətini beynəlxalq nizamın ən böyük dağıdıcısı adlandırıb.

SəhərAzəri xəbər verir, Çinin xarici işlər naziri Vanq Yi dünən gecə Fransanın xarici işlər naziri Jan İv Le Drian ilə telefon danışığı zamanı deyib: "ABŞ hökuməti bütün beynəlxalq ictimaiyyətin qarşısında dayanıb".

Çin rəsmisi əlavə edib: "ABŞ prezidenti Donald Tramp seçkilərdə qalib gəlmək və hegemonçuluğunu qorumaq üçün Çini repressiya etməyə başlayıb".

Vanq Yi qarşıdakı böhranlar, o cümlədən ABŞ və Çin arasındakı ixtilaflarla bağlı bütün dünyaya xəbərdarlıq edərək, vurğulayıb: "Əgər bu iki ölkənin münasibətləri qarşıdurmaya və mübahisəyə çevrilərsə, bütün bəşərin taleyi təhlükə ilə üzləşəcək".

Çinin xarici işlər naziri qeyd edib ki, rəsmi Pekin ölkəsinin qanuni hüquqları və maraqlarını pozan ABŞ hərəkətlərinə qarşılıq verməyi qərara alıb.

"Dünyanın digər ölkələri də beynəlxalq həmrəyliyi və əməkdaşlığı qorumaq və yeni bir müharibənin qarşısını əlmaq üçün birgə səyləri artırmalıdırlar", -deyə Vanq Yi əlavə edib.

Teqlər

Şərhlər