Avq 10, 2020 08:59 Asia/Baku
  • Vaşinqtonda atışma; 22 ölü və yaralı

Amerikanın Vaşinqton şəhərində atışma nəticəsində bir nəfər ölüb, 21 nəfər də yaralanıbdır.

Sahar Azari bildirir ki, atışma yerli vaxtla bazar günü səhər tezdən Vaşinqtonun cənubundakı bir yaşayış massivində baş verib.

Vaşinqton polisi bildirib ki, atışma bir gecə qonaqlığında ailəvi ixtilafın yaranması və bəzi qonaqların spirtli içki istehlak etməsi nəticəsində baş veribdir.

Amerika zorakılıq, girovtutma və silahlı hücumlar dalğası ilə üzləşir.

Hər il minlərlə nəfər Amerikanın müxtəlif bölgələrindəki atışma nəticəsində ölür və ya yaralanır. Rəsmi məlumatlara görə, Amerikada təqribən 270-300 milyon ədəd odlu silah var. Bu da həmin ölkədə adambaşına bir silahın düşməsi deməkdir.

Amerikada vətəndaş hüquqlarını müdafiə və himayə qruplarının xahişlərinə rəğmən, silah lobbisinin qüdrətinə görə, indiyədək Amerika hökumətlərindən heç biri bu ölkədə silah satışının məhdudlaşdırılması barədə qanunlar tətbiq etməyə müvəffəq olmayıbdır.

Amerika prezidenti Donald Tramp amerikalı silah sahiblərinin himayədarlarından biridir.

Tramp öz prezidentlik dövrünün başlanğıcında amerikalı silah sahiblərinə xitabən demişdi ki, amerikalı silah sahiblərinin hüquqlarına qarşı 8 il təcavüz bitdi və indi onların Ağ Ev-də əsl himayədarı var.

Teqlər

Şərhlər