Sen 13, 2020 20:12 Asia/Baku
  • Özbəkistan, Qazaxıstan və Qırğızıstanda koronavirusa yoluxanların sayı artır

Özbəkistanın Səhiyyə Nazirliyi ölkədə koronavirusa yoluxanların ümumi sayının 47042 nəfərə çatdığını bildirib.

Səhər Azəri bildirir ki, Özbəkistanın Səhiyyə Nazirliyi bu barədə bazar günü məlumat yayıb. 

Məlumata görə, koronavirusa yoluxanlardan 43511 nəfəri sağalıb. Həmçinin, koronavirus infeksiyasına yoluxmuş 400 nəfər həyatını itirib. 

Özbəkistanın Səhiyyə Nazirliyinin bildirdiyinə görə, hazırda 3143 nəfər xəstəxanada müalicə olunur. Xəstələrdən 706-nın vəziyyəti ağırdır. 

Qırğızıstanın Səhiyyə Nazirliyi də ölkədə koronavirus infeksiyasına 53 yeni yoluxma halının qeydə alındığını bildirərək, ümumilikdə ölkədə virusa yoluxanların sayının 44881 nəfərə çatdığını elan edib. İndiyə kimi virusa yoluxmuş insanlardan 1063 nəfərinin öldüyü bildirilir. 

Qazaxıstanın Səhiyyə Nazirliyinin ən son statistikasına görə isə bu ölkədə koronavirusa yoluxanların sayı 106729 nəfərə çatıb. Bu rəqəmdən 100518-i sağalıb, 1634 nəfəri isə həyatını itirib. 

Teqlər

Şərhlər