Okt 18, 2020 12:39 Asia/Baku
  • Dünyada koronaya yoluxanların sayı 40 milyonu keçib

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə dünyada 40 000 081 nəfər korona virusuna(Covid 19) yoluxmuşdur.

SəhərAzəri xəbər verir, Ümumdünya Səhiyyə Təşkilatına görə, İndiyə qədər dünyada 40 milyon 81 nəfər koronavirusa yoluxmuşdur. Ayrıca, bu günə qədər 29 milyon 919 min 338 xəstə sağalıb və 1 115 154 nəfər ölüb.

Amerika 8 milyon 343 min 140 nəfər koronavirus xəstəsi və 224 min 283 nəfər COVID-19 qurbanı ilə həm koronavirusa yoluxma, həm də bu virusdan ölüm hallarının sayı baxımından dünya ölkələrinin önündə gedir. Hindistan, Braziliya, Rusiya, İspaniya, Argentina, Kolumbiya, Fransa, Peru, Meksika, İngiltərə, Cənubi Afrika, İran və Şili sırasıyla ikinci on dördüncü sırada yerləşiblər.

Teqlər

Şərhlər