Noy 22, 2020 11:41 Asia/Baku
  • Çinin istehsal etdiyi peyvənd növbəti sınaq mərhələsinə keçdi

Elmi məqalənin müəlliflərindən biri Çju Fentsayın sözlərinə görə, nəticələr dərmanın pandemiya zamanı təcili istifadəyə uyğun olduğunu göstərir.

SəhərAzəri Sputnik xəbər agentliyinin verdiyi məlumata istinadən xəbər verir, COVID-19 əleyhinə Sinovac Biotech Çin biofarmasevt şirkəti tərəfindən hazırlanmış peyvənd aparılan erkən və orta müddətli klinik sınaqlara görə təhlükəsiz olduğunu və insanlarda sürətlə müqavimət yaratma effektivliyini göstərib.

Belə ki, peyvənd edilən könüllülərdə antikorların səviyyəsi COVID-19-dan müvəffəqiyyətlə sağalanlarla müqayisədə daha az olub. Ancaq bu, bioloji preparatın insan orqanizmini viral infeksiyalardan qorumaq qabiliyyətinə təsir göstərməyib.

CoronaVac peyvəndi iki mərhələdə 18-59 yaş arası 700-dən çox sağlam şəxs üzərində yoxlanılıb.

İştirakçılara 14 gün intervalla 2 doza peyvənd vurulub.

Elmi məqalənin müəlliflərindən biri Çju Fentsayın sözlərinə görə, nəticələr dərmanın pandemiya zamanı təcili istifadəyə uyğun olduğunu göstərir.

O, qeyd edib ki, peyvənddən sonra immun cavab müddətini təyin etmək üçün araşdırma aparılmalıdır.

Hazırda peyvənd namizədi effektivliyini təsdiqləmək üçün klinik sınaqların üçüncü mərhələsindədir.
 

Teqlər

Şərhlər