Noy 04, 2016 19:47 Asia/Baku
  • Diyarbəkirdə partlayış 8 nəfərin ölməsi, yüzlərlə nəfərin yaralanması ilə nəticələnib

Türkiyənin cənub-şərqində Diyarbəkir vilayəti dəhşətli partlayış nəticəsində titrətdi. Nəticədə çoxlu sayda insan ölüb və yaralanıb. Bomba quraşdırılmış avtomobil HDP-nin bir neçə deputatının təcridxanasında saxlananan bir polis şöbəsi yaxınlığında partladılıb.

Bu gün Diyarbəkirdə partlayışdan bir az sonra baş verən hadisələr olub. Atışmanın davam etməsi insanların qorxusu və təlaşına səbəb olub.

Diyarbəkir bir daha jandarma binasının yaxınlığında dəhşətli partlayışın şahidi idi. Belə ki, bu hadisədə 8 nəfər həlak oldu, 100 yaxın vətəndaş da yaralandı.

Partlayışdan düz 7 saat öncə, bir neçə yüz metr və ya bir neçə kilometr o tərəfdə eyni zamanda keçirilən əməliyyatda, Xalqların Demokratik Partiyasının 11 parlament deputatı, o cümlədən bu partiyanın müştərək sədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ həbs olundular. Cinayətləri PKK ilə əlbir olmaqdır. Bu deputatlar bundan öncə prokurorluq tərəfindən çağırılmışdılar. Amma hüquqi toxunulmazlığa görə, polis gücünə aparılmaq istisna olmaqla prokurorluğa getməyəcəklərini demişdilər ki, aparıldılar.

Türkiyə parlamentinin 11 deputatı elə bir halda həbs və mühakimə olunurlar ki, de-stabilliyin kənarında çevrilişdən sonrakı həbslər dalğası hələ də davam etməkdədir. Elə ötən gün jandarmanın 1218 kadrı işindən kənarlaşdırıldı. Çevrilişdən ötən 3 ay ərzində 100 mindən çox dövlət işçisi tutduğu vəzifədən kənarlaşdırılıb ki, təxminən 37 min nəfəri hal-hazırda həbsxanalardadır.

Polis Ankarada Xalqların Demokratik Partiyasının ofisini öz nəzarətinə götürüb.

Hökumət və PKK arasında sülh üçün ümid qığılcımlar var idisə, ötən gecəki həbslərlə bütün ümidlər naümidliyə çevrildi. Gələcək və qarşıdakı prosesləri gözləmək lazımdır.

 

Teqlər