Apr 22, 2017 19:30 Asia/Baku
  • BMT-nin Suriyada sarin qazından istifadə haqda hesabatı

BMT-nin Suriya barədə təhqiqat komitəsinin sədri bu ölkənin İdlib vilayətindəki "Xan Şiyxun" məntəqəsinə qarşı hücumda sarin qazından istifadə haqda xəbərdarlıq edib.

Avro Nyus-un məlumatına görə, BMT-nin Suriya barədə təhqiqat komitəsinin sədri Paulo Sergio Pinheiro bildirib ki, aprelin 4-də bu ölkənin İdlib vilayətindəki "Xan Şiyxun" məntəqəsinə qarşı hücumda sarin qazından istifadə olunubdur.

BMT-nin Suriya barədə təhqiqat komitəsinin sədri əlavə edib: İdlibdəki hücumda əksər şəxslərin öldürülməsinin dəlili, adi silahlardan istifadə olubdur.

Paulo Sergio Pinheiro həmçinin Suriyada döyüşlərin davam etməsi nəticəsində həlak olanların sayı barədə xəbərdarlıq edibdir.

Suriya dövlətinin 2014-cü ildə öz kimyəvi silah cəbbəxanasını Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının və BMT-nin nümayəndələrinə təhvil verməsinə rəğmən, Vaşinqton aprelin 7-də "Suriya dövlətinin "Xan Şiyxun" kimyəvi hücumunda əlinin olması" bəhanəsilə 59 ədəd raketi Suriya ərazisindəki Əlşəyrat hava bazasına atdı.

Bəzi mənbələr xəbər veriblər ki, Xan Şiyxun hücumunda Amerika, sionist rejim və Ərəbistanın casusluq təşkilatlarının rolu olubdur.

Teqlər