May 23, 2017 09:40 Asia/Baku
  • Trampın səfəri ərəfəsində Roma hərbi geyimdə
    Trampın səfəri ərəfəsində Roma hərbi geyimdə

İtaliyanın paytaxtı Roma şəhəri dünən ABŞ prezidenti Donald Trampın səfəri ərəfəsində təhlükəsizlik və hərbi görkəm əldə edib və ona qarşı hər cür etiraz da qadağan edilibdir.

Donald Tramp Ərriyadda Ərəbistanla 110 milyard dollarlıq müqavilə bağladıqdan və səud rejimi ilə sionist rejimin sevincinə səbəb olmuş işğal olunmuş ərazilərdəki "ağlama divarı"ndan baxış keçirdikdən sonra bu gün xüsusi təhlükəsizlik tərbidləri arasında Romaya səfər edəcək.

Tramp çərşənbə günü İtaliyanin baş naziri Paulo Centiloni və dünya katoliklərinin rəhbəri Papa Fransis, eləcə də İtaliyanın prezidenti Sergio Mattarella ilə görüşdükdən sonra Belçikaya doğru hərəkət edəcəkdir.

İtaliya Trampın təhlükəsziliyini qorumaq üçün dünən xüsusi təhlükəsizlik tərbirləri görübdür. Xüsusi təyinatlı qüvvələr, snayperlər, bomba zərərsizləşdirən məmurlar, hərbi polis və sair ABŞ prezidentinin İtaliyaya səfərinin təhlükəsizliyini təmin etmək üçün işə götürülüblər.

Romadakı sosial mərkəzlər və universitetlər də polisin nəzarəti altına keçibdir. Trampa qarşı hər cür aksiya və hətta ABŞ prezidenti karvanının keçəcəyi marşrutda plakatların yapışdırılması qadağan edilibdir.

Teqlər