İyul 05, 2017 11:16 Asia/Baku
  • Moskva və Pekin: Vaşinqton regionda manevr keçirməsin!
    Moskva və Pekin: Vaşinqton regionda manevr keçirməsin!

Rusiya və Çin müştərək bir bəyanatda Amerikadan Koreya yarımadasında müştərək manevrlərin keçirilməsini qadağan etməsini istəyiblər.

Dünən Rusiya Xarici İşlər Nazirliyinin vebsaytında yayılmış bu birgə bəyanatda deyilir: Moskva və Pekin Amerikanın Asiyanın şimal-şərqində yerləşən ölkələrlə birgə manevrlər keçirməkdən çəkinməsi vacibliyini vurğulayırlar.

Bəyanatda sonra deyilir: Rusiya və Çin Asiyanın şimal-şərq məntəqəsi durumunun təsbiti hədəfilə Koreya yarımadası məsələsinin həlli istiqamətində əhatəli həll yollarını irəli sürəcəklər.

Bəyanatda həmçinin Rusiya və Çin Amerikanın “Tad” raket sisteminin Cənubi Koreyada yerləşdirilməsilə kəskin tərzdə müxalifət edərək, bildiriblər: Bu sistemin yerləşdirilməsi Rusiya və Çin daxil olmaqla region ölkələrinin strateji təhlükəsizliyinə ciddi zərbə vurur.

Moskva və Pekin sonra belə qeyd ediblər: Amerikanın “Tad” raket sisteminin Cənubi Koreyada yerləşdirilməsi Koreya yarımadasında nüvə tərksilahına və regionda sülh və sabitliyin təmininə heç bir kömək etməyəcək.

 

Teqlər