Sen 15, 2017 09:27 Asia/Baku
  • YUNİSEF: 400 mindən çox rohinca müsəlmanı Banqladeşə qaçıb
    YUNİSEF: 400 mindən çox rohinca müsəlmanı Banqladeşə qaçıb

BMT-nin Uşaq Fondu YUNİSEF bir bəyanatda bildirib: Myanma ordusu və buddistlərin Arakan ştatında rohinca müsəlmanlarına qarşı repressiv hücumları başlandıqdan bəri 400 mindən çox müsəlman Banqladeşə qaçıb.

İRİB-in məlumatına görə, YUNİSEF həmçinin bu didərginlər arasında on minlərlə uşağın qorunmasının ağır yükü haqda xəbərdarlıq edib. 

İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Həsən Qazizadə Haşimi cümə axşamı günü Myanmanın məzlum və müdafiəsiz müsəlmanlarının vəhşicəsinə qırğın edilməsini pisləyərək deyib: Myanmada soyqırımı nəzərə alaraq, beynəlxalq təşkilatlar, xüsusilə də Ümumdünya Səhiyyə Təşkilatına İrandan tibbi heyət, dərman preparatı və tibbi təchizatın Myanmaya göndərilməsi üçün müraciət olunub. 

Teqlər