Okt 21, 2017 10:34 Asia/Baku
  • İŞİD Əfqanıstanın Kabil və Ğur şəhərlərindəki terror aktının məsuliyyətini üzərinə götürdü
    İŞİD Əfqanıstanın Kabil və Ğur şəhərlərindəki terror aktının məsuliyyətini üzərinə götürdü

İŞİD terror qruplaşması cümə günü Əfqanıstanın paytaxtı Kabil şəhəri habelə, Ğur şəhərində 72 nəfərin ölümünə səbəb olan partlayışların məsuliyyətini üzərinə götürüb.

Röyters-in verdiyi məlumata görə, Əfqanıstanın Daxili İşlər Nazirliyinin sözçüsü Nəcib Daneş deyib: Cümə günü axşam bir terrorçu kamikadze Kabilin qərbində yerləşən İmam Zaman(ə) məscidinə daxil olaraq, üzərindəki partlayıcı qurğunu işə salıb və namaz qılmaqla məşğul olan 39 nəfərin ölməsinə səbəb olub. 

Yerli polis mənbələrinin verdikləri məlumata görə, Ğur şəhərində də oxşar hadisə baş verib və 33 nəfər həyatını itirib. 

Əfqanıstan rəsmiləri daha öncə bu iki terror hücumunda 60 nəfərin öldüyün bildirmişdilər. 

İran İslam Respublikası Xarici İşlər Nazirliyiin sözçüsü cümə günü axşam bu terror hücumlarını qınayaraq, Əfqanıstan xalqı və dövlətinə başsağlığı verib. 

Bəhram Qasemi deyib: İran İslam Respublikası zorakılıq, terrorizm, ifratçılıq və gərginliyin başa çatacağı zamana kimi Əfqanıstan xalqı və dövlətinin kənarında olacaq. 

Teqlər