May 10, 2024 11:10 Asia/Baku
  • Nə yorulacaq, nə də ki, meydanı boşaldacağıq

İran prezidenti cümə axşamı günü Qum dini elmlər hövzəsinin tələbə və müəllimləri qarşısında vurğulayıb ki: Problemlər qarşısında nə yorulacaq, nə də ki, meydanı boşaldacağıq.

O, bildiribdir ki: Dövlətin fəaliyyətinin başlanğıcında Ali Mədəni İnqilab Şurasında «iki min otuz sənədi» nin ləğvi təsdiqlənmişdi və elə ilk əvvəl ləğv etdiyim sənədlərdən biri də, məhz «iki min otuz sənədi» idi.

«İki min otuz sənədi»nə baxışımızı Nyu-Yorka səfər zamanı BMT Baş Məclisində keçirilən təhsil iclasında iştirak zamanı İslami İran tərəfindən izah etdim- deyə, Seyid İbrahim Rəisi söyləyib.

Biz məntiqsiz danışmırıq. Bizim öz «təlim-tərbiyə dəyişikliyi» sənədimiz var. Bizim işimiz/ özümüzün qəbul etdiyimiz sənədlərə söykənir. Mütləq/ başqalarının təcrübəsindən də istifadə edəcəyik, amma/ başqalarının bu ölkə üçün yazacaqları reseptlərə ekspert yanaşmamız var- deyə, Rəisi vurğulayıb.

 

Teqlər