Yan 11, 2018 12:43 Asia/Baku
  • Myanmada rohinca müsəlmanlarına aid kütləvi məzarlıq aşkarlanıb
    Myanmada rohinca müsəlmanlarına aid kütləvi məzarlıq aşkarlanıb

Myanma ordusunun komandanlıq ofisi bu ölkədə rohinca müsəlmanlarına aid kütləvi məzarlığın aşkarlandığını bildirib.

Frans Pressin məlumatına görə, Myanma ordusu çərşənbə günü təsdiqləyib ki, təhlükəsizlik məmurları və radikal buddistlərin qətlə yetirdiyi 10 rohinca müsəlmanının cəsədi Raxin əyalətində bir kənddə aşkarlanıb. 

Bu arada BMT-nin Uşaq Fondu YUNİSEF-in sözçüsü Markis Merkado rohinca uşaqlarının acınacaqlı durumu haqda xəbərdarlıq edib. 

Markis Merkado əlavə edib: Myanmada rohinca müsəlmanlarının səhiyyə və ərzaq durumu acınacaqlıdır. 

2017-ci il 25 avqustdan bəri Myanmanın Raxin əyalətində rohinca müsəlmanlarına qarşı ordu və radikal buddistlərin hücumları nəticəsində 6 mindən çox müsəlman həlak olub, 8 min nəfər yaralanıb, 80 mindən çox rohinca da Banqladeşə qaçmağa məcbur olub. 

Teqlər