Mart 24, 2018 20:53 Asia/Baku
  • Çinin 4-cü nəsl qırıcıları döyüşə hazırdır
    Çinin 4-cü nəsl qırıcıları döyüşə hazırdır

Çinin G-20 dördüncü nəsl qırıcı təyyarələri döyüşə hazırdır və bu ölkənin hava qoşunlarının hərbi potensialını daha da gücləndirəcək.

Çinin G-20 dördüncü nəsl qırıcı təyyarələri artıq Çin hava qoşunlaırnın ixtiyarına verilib, bu təyyarələr orta və uzun məsafələri qət edə bilirlər. Çinin G-20 dördüncü nəsl qırıcı təyyarələri ilk dəfə 2011-ci ildə sınaqdan keçirildi və 2016-cı il noyabrda Cuhai hava sərgisində rəsmən təqdim olundu.  G-20 dördüncü nəsl qırıcı təyyarələrinin layihə rəhbəri Yanq Vi deyib: Bu təyyarə artıq Çinin hava qoşunlarının ixtiyarına verilib və bu o deməkdir ki, bu təyyarələr əməliyyata hazırdır. Yanq Vi deyib: "Bu hərbi təyyarə radardan gizli qalır eləcə də müdafiə bazaları və düşmənin radarlarını məhv edə bilir. Çinin G-20 dördüncü nəsl qırıcı təyyarələrinin qabiliyyətləri daha genişdir  və demək istəyirəm ki, bu bir qırıcı təyyarədən daha üstün məhsuldur. Mənə elə gəlir ki, Çinin gələcək döyüşlərində daha artıq işlər görəcək.  G-20 qırıcı təyyarələri döyüşlərdə qələbə üçün Çinin hava qoşunları üçün önəmli məhsuldur. Biz onun pilotsuz modelləri üzərində də işləyirik. "

Teqlər