Apr 26, 2018 15:02 Asia/Baku
  • Amerikalılar Trampın anti-mühacirət siyasətlərinə qarşı aksiya keçiriblər

ABŞ prezidentinin anti-mühacirət siyasətlərinə qarşı çıxanlar bu ölkənin ali məhkəməsinin binası qarşısında aksiya keçiriblər.

Amerika ali məhkəməsinin doqquz hakiminin Donald Trampın başlıca olaraq müsəlman ölkəsi olan altı ölkənin vətəndaşlarının səfərlərinin qadağanı barədəki fərmanının üçüncü variantının araşdırılması ilə bağlı iclası ilə bir zamanda yüzlərlə amerikalı  bu ölkənin ali məhkəməsinin binası qarşısında aksiya keçirib.

Əllərində, üzərlərində "Müsəlmanlara qadağa-əsla, müsəlmanlara qadağa, dini ayrı-seçkilikdir!", "Müsəlmanlara qarşı düşmənçilik-əsla!" və "İslamofobiya qadağandır!" şüarları yazılmış plakatlar tutmuş amerikalı etirazçılar şüarlar verərək, Trampın anti-mühacirət siyasətlərinə etiraz ediblər.

Bu tədbirin davamında ABŞ konqresinin dörd nümayəndəsi, müxtəlif dinlərdən olan hüquq və siyasi fəallar müsəlmanlara dəstək istiqamətində çıxışlar ediblər.

Trampın mühacirət siyasətinin birinci variantından fərqlənən onun üçüncü variantı İran, Suriya, Yəmən, Liviya, Somali və Çadı hədəfə alıbdır.

Bu məhdudiyyətlərə görə, Şimali Koreya vətəndaşları və bəzi Venesuela rəsmiləri də Amerikaya səfər edə bilməyəcəklər.

Teqlər