May 22, 2018 15:10 Asia/Baku
  • ABŞ mediaları Pompeonun təklif etdiyi strategiyalara reaksiya veriblər
    ABŞ mediaları Pompeonun təklif etdiyi strategiyalara reaksiya veriblər

ABŞ mediaları bu ölkə dövlət katibinin təklif etdiyi strategiyalara reaksiyalar veriblər.

Foreign Policy qəzeti yazıb: Mayk Pompeonun İran haqda 12 maddəlik layihəsi sadəcə xülyaya əsaslanan arzuların siyahısıdır. Bu da prezident Donald Trampın komandasının təcrübəsiz olduğunu və nüvə sazişindən sonrakı dövr üçün strategiyasının olmadığını göstərdi.

Foreign Policy yazıb: Ağ Evin təklif etdiyi strategiyalar İrana analoqu olmayan maliyyə təzyiqinin tətbiq olunmasında Avropanı əməkdaşlıq etməyə məcbur edə bilməz. Çünki Avropa hazırda özünün qorumaq istədiyi sazişə göz yuma biləcək şəraitdə deyil. Bu strategiyalarla ABŞ daha da təcrid olunacaq və gün-gündən dünya ölkələrinin Vaşinqtona etimadı azalacaq.

New York Times qəzeti yazıb: Pompeo İrana elə gülünc tələblər irəli sürür ki, Tramp 60 nüvə başlığı ehtimal olunan Şimali Koreya lideri Kim Çen Ina öz nüvə cəbbəxanalarını buraxmaq qarşılığında bir sıra təhlükəsizlik zəmanətləri təklif verir.

Halbuki İranın heç bir atom silahı yoxdur və nüvə proqramını da müəyyən həddə məhdudlaşdırıb.

Vaşinqton Post yazıb: Pompeonun tələbləri o qədər xəyali idi ki, onları ciddiyə almaq olmaz.

Vaşinqton Post əlavə edib: Trampın nüvə sazişindən çıxmaq qərarı ilə ABŞ puçluğa çatdı.