Avq 17, 2018 11:32 Asia/Baku
  • Hindistanın cənubunda sel; 86 nəfər ölüb
    Hindistanın cənubunda sel; 86 nəfər ölüb

Hindistanın cənubunda Kerala əyalətində daşğınlar nəticəsində ölənlərin sayı 86 nəfərə çatıb.

FransPress-in verdiyi məlumata görə, dünən də sel nəticəsində ən azı 21 nəfər həyatını itirib və beləliklə sel nəticəsində ölənlərin sayı 86 nəfərə çatıb. 

Kerala əyalətinin hökumət başçısı Pinarai Vicayan başçılıq etdiyi əyalətin ciddi böhranla üz-üzə durduğunu deyib. 

Yerli rəhbərlərin istəyi əsasında yüzlərlə hərbçi əyalətə gətirilib və deyilənlərə görə 6 mindən çox sakin evakuasiya edilməlidir. 

Ordu və dəniz qoşunları yardım əməliyyatlarını sürətləndiriblər ancaq bütün ərazilər təhlükə baxımından qırmızı vəziyyətindədir və yağıntıların daha güclənəcəyi proqnoz edilir. 

Keralaya gedən qatarlar və təyyarələr dayandırılıb, minlərlə mənzil xəsarət alıb. 

Keralada ümumiyyətlə yağmurların həcmi çox olur ancaq bu il yağmurlar göstəricilərdən daha çox olmuşdur. 

Teqlər