Avq 28, 2018 19:08 Asia/Baku
  • Yunanlar Afinanın sionist rejimlə həmkarlığına kəskin etiraz ediblər

Yunanıstanın paytaxtı Afinada bu ölkənin sionist rejimlə həmkarlıqlarına qarşı kəskin etiraz aksiyası keçirilib.

Yunanlar bu gün Yunanıstanın sionist rejimlə ikitərəfli hərbi və iqtisadi həmkarlıqlarına, eləcə də Amerikanın öz səfirliyini işğal olunmuş Qüdsə köçürmək qərarına etiraz olaraq, Afinanın mərkəzində yerləşən Yunanıstan xarici işlər nazirliyinin binası qarşısında piket keçiriblər.

Fələstin bayrağını daşıyan Rubikon qrupunun tərəfdarları Yunanıstan xarici işlər nazirliyinin ərazisinə daxil olaraq, Amerika səfirliyininin işğal olunmuş Qüdsə köçürülməsi ilə bir vaxtda və sionist hərbçilərin atəş açmaları zamanı şəhid olmuş fələstinlilərin təsvirlərini nümayiş etdiriblər.

Rubikon qrupunun gəncləri vurğulayıblar ki, Yunanıstan qəsbkar və uşaqöldürən rejimlə yaxın əlaqələr qurmamalıdır. Onlar bildiriblər ki, onillərlə irqi ayrı-seçkiliklə üzləşən Fələstin xalqını himayə edirlər.

Bu etirazlar Yunanıstan dövləti ilə sionist rejimin ABŞ-ın səyləri və həmkarlığı ilə son zamanlar ikitərəfli münasibətləri genişləndirərək, müştərək hərbi manevrlər keçirmələrindən sonra həyata keçir.

Teqlər