Okt 05, 2018 13:18 Asia/Baku
  • Avropa Parlamenti Çində müsəlmanların həbs olunmalarına reaksiya verib

Avropa Parlamentinin üzvləri Çinin şimal-qərbində yerləşən Sintszyan məntəqəsində müsəlmanların geniş şəkildə həbs olunmalarını pisləyərək, bu məntəqədə yaşayan uyğur müsəlman azlığının yatırdılmasının dayandırılmasını istəyiblər.

Avropa Parlamenti dünənki yığıncağında Çin hökumətindən istəyibdir ki, tez bir zamanda uyğur və qazax müsəlman azlığına qarşı özbaşına həbslərə son qoysun və bütün düşərgə və təcridxanaları bağlayaraq, heç bir qeyd-şərt olmadan məhbusları azad etsin.

Avropa Parlamentinin üzvləri həmçinin bu düşərgələrdəki məhbusların pis yaşayış şəraiti, onlara qarşı işgəncə və ölüm hallarından nigarançılıq edərək, Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerinidən və bu birliyin üzvlərindən istəyiblər ki, Çin hökumətinə açıq bir mesaj versinlər.

BMT deyir ki, təqribən bir milyon uyğur və müsəlman azlıqların digər üzvləri ekstremizmlə mübarizə kampaniyası çərçivəsində rəsmən Çindəki islah koloniyalarında həbsdədirlər.

Human Rights Watch qeyri-hökumət təşkilatı sentyabrda yaydığı bir hesabatda Çinin Sintszyan məntəqəsində uyğur müsəlmanların geniş şəkildə yatırılmalarını pisləyərək, bildirdi ki, Çində bu repressiyaların miqyası görünməmiş həddədir.

Belə bir halda, Çin Sintszyan məntəqəsində hər cür represiyyanı təkzib edir. 

Uyğurlar Çinin şimal-qərbində, mərkəzi Urumçi olan Sintszyan Muxtar Rayonunda yaşayırlar.

Teqlər