Okt 21, 2018 16:41 Asia/Baku
  • C.Komi: Tramp və respublikaçılar Amerikanı məhv ediblər
    C.Komi: Tramp və respublikaçılar Amerikanı məhv ediblər

Amerika Federal Təhqiqat Bürosu-FBI-ın sabiq rəisi bu ölkənin prezidentini və respublikaçılar partiyasını Amerikanı məhv etməkdə ittiham edib.

Ceyms Komi dünən öz twitter səhifəsində yazıb: Amerika həqiqətə dəyər verəcək bir demokratiyaya malik olmalıdır, amma prezident Donald Tramp və respublikaçılar partiyası nəinki buna riayət etmirlər, həm də Amerikanı məhv ediblər.

Komi bu sözləri Trampın səudiyyəli tənqidçi jurnalist Camal Qaşıqçının səudiyyə rejiminin amilləri tərəfindən qətlə yetirilməsini önəmsiz göstərməyə çalışmasından sonra söyləyibdir.

Kominin etirazı həmçinin Trampın bir toplantıda respublikaçı nümayəndələrdən birinin bir jurnalistə qarşı fiziki hücumuna dəstək verməsindən sonraya təsadüf edir.

Teqlər