Noy 18, 2019 15:47 Asia/Baku
  • Bəzi uçuş personalı Boeing Max-ın geri qaytarılmasına qarşıdır
    Bəzi uçuş personalı Boeing Max-ın geri qaytarılmasına qarşıdır

Boeing şirkəti bildirib ki, bu şirkətin “Boeing 737 MAX” modelini tez bir zamanda uçuş xətlərinə qaytarmağa çalışır.

Boeing təyyarəqayırma şirkəti bildirib ki, qaydaları tənzim edənlərlə yaxından əməkdaşlıq edir ki, sıradan çıxmış “Boeing 737 MAX” təyyarələrində lazımi dəyişikliklərin aparılması ilə bu təyyarənin təhlükəsiz formada uçuş xətlərinə qayıdışı üçün lazımi əminlik əldə edilmiş olsun. Boeing-in bu modeli mart ayından və bütövlükdə 346 nəfərin həyatına son qoymuş onun ikinci süqutundan sonra uçuşdan saxlanıbdır.

Boeing şirkətinin “737 MAX” modellərində süquta gətirib çıxaran texniki nasazlıqdan irəli gələn böhran bu şirkətin 103 illik tarixində öz növündə ən böyük böhran sayılır ki, indiyədək ona on milyardlarla dollar zərər vurub və bais olub ki, Amerika rəsmiləri tərəfindən bu şirkət barədə bir çox təhqiqatlar aparılıb və həlak olanların ailələri tərəfindən Boeing-ə qarşı çox sayda şikayətlər edilibdir.