Apr 30, 2020 07:20 Asia/Baku
  • Tramp bir daha ÜST-ə hücum edib

ABŞ prezidenti çərşənbə günü Ümumdünya Səhiyyə Təşkilatına qarşı iddialarını təkrar edərək, iddia edib ki, bu təşkilat Amerikanı yolundan azdırıbdır.

Donald Tramp Amerikada koronavirusun son durumu ilə bağlı bir mətbuat konfransında bir daha Ümumdünya Səhiyyə Təşkilatını Çinin tərəfini saxlamaqda ittiham edib. İddia edib ki, bu təşkilat bu virus barədə olan məlumatlarının təkcə bir hissəsini mediyaya çıxarıbdır və bir çox hallar bu təşkilat tərəfindən elan olunmayıbdır.

Amerikada koronavirus pandemiyasının idarə olunması tərzi ilə bağlı son dərəcə tənqid olunan Tramp bir neçə həftə bundan öncədən Ümumdünya Səhiyyə Təşkilatını Çinin tərəfini saxlamaqda və koronavirus pandemiyası barədə ilkin məlumatları gizlətməyə çalışmaqda ittiham edib.

ABŞ prezidenti aprelin 14-də iddia etdi ki, koronavirus elə başlanan kimi yatırıla bilərdi. O, bu iddia ilə Amerikanın Ümumdünya Səhiyyə Təşkilatına maliyyə yardımlarını kəsdi.

 

Teqlər