Kaşanda kukla və oyuncaq ev muzeyi
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i296873-kaşanda_kukla_və_oyuncaq_ev_muzeyi
Kaşanın kukla və oyuncaq ev muzeyi, bərpa və təmir işlərinin ardınca işıq üzü görüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 25, 2018 17:12 Asia/Baku
  • Kaşanda kukla və oyuncaq ev muzeyi
    Kaşanda kukla və oyuncaq ev muzeyi

Kaşanın kukla və oyuncaq ev muzeyi, bərpa və təmir işlərinin ardınca işıq üzü görüb.

Bura oyuncaq və kukla ev muzeyidir. Kaşanın qədim məhəllələrindən birində, tarixi bir binada.

“Hal hazırda Tehranda və Cənubi Xorasanda kukla muzeyləri mövcuddur. Amma, Kaşan muzeyində kuklalar ilə yanaşı, oyuncaq bölməsi də var.”

Belə bir muzeyin yaradılması ideyası ilk başda bir universitet məzunu tərəfindən sadə bir araşdırma ilə başlayıb.

“Bir tədqiqat layihəsi müxtəlif şəhər və kəndlərə səfər etməyimə, yaşlı nəslin nümayəndələri ilə görüşüb, qədim oyuncaqların sorağını tutmağıma səbəb oldu. Bu araşdırmalar nəticəsində barələrində məqalələr yazdım, sərgilər təşkil etdim. Azərbaycan, Kürdüstan, Sistan və Bəluçestan vilayətlərindən, türkmənlərdən bir çox oyuncaq əldə etdim. Sonda ekspanatların sayının çoxalması ilə, bizə muzey kimi fəaliyyət göstərmək lisenziyası verildi.”

Uşaqlar və yeniyetmələr üçün yeni elan bu atmosfer, böyüklərə uşaqlıq dövrlərini xatırladır.

Bu muzeydə müxtəlif məntəqələrə aid olan 210 kukla və oyuncaq mövcuddur.

Muzey 4 əsas bölməyə malikdir. Birincisi qədim oyuncaqlar, ikincisi kuklalar, üçüncüsü dünya xalqları kuklaları, dördüncüsü isə qarışıq oyuncaqlar bölməsidir.

Muzey uzaqdan gəlmiş qonaqlar üçün istirahət məkanına, uşaqlar üçün oyun otağına və kukla teatrı zalına da malikdir.