Aug 16, 2018 12:30 Asia/Baku
  • Cakarta Asiya Oyunları Kəndində İran bayrağı dalğalandırılıb

İran İslam Respublikasının bayrağı Cakarta 2018 Asiya Oyunları təşkilatçıları, eləcə də İran idman karvanı rəsmilərinin iştirakı ilə Asiya Oyunları Kəndində dalğalandırılıb.

İSNA-nın məlumatına görə, ölkələrin bayraqlarının dalğalandırılması mərasimi müxtəlif oyunların keçirilməsi üzrə təşkilatçıların əsas proqramlarından biridir və Cakarta Asiya Oyunlarında da xüsusi protokollarla icra olunur. 

Keçirilən tədbirə əsasən, İran İslam Respublikasının bayrağının dalğalandırılması mərasimi yerli vaxtla səhər saat 9:00-da oyunların təşkilatçıları, İranın idman karvanı rəsmiləri, oyunların kəndindəki federasiyaların idmançılarından bir qrupunun iştirakı ilə keçirilib və İran bayrağı Vyetnam və Sinqapurun bayraqları arasında dalğalandırılıb. 

Bu dövr oyunlarda 42 idman növündə İranın 280 kişi idmançı, 98 qadın idmançı, ümumilikdə 378 idmançı medal uğrunda rəqabət aparacaq. 

18-ci Asiya Oyunları 18 avqustdan 2 sentyabra qədər İndoneziyanın ev sahibliyi ilə Cakarta və Palmbaqn şəhərlərində keçiriləcək. 

Teqlər

Şərhlər