Sep 10, 2019 19:55 Asia/Baku
  • Bəzi əlacsız xəstəliklər üçün həyatverici zəhərli maddə

Arının strateji məhsul adlandırıla bilən dəyərli məmulatlarından biri, bal arısının zəhəridir. Bu zəhərin müalicə və iqtisadi dəyərinin yüksək olmasına görə, təbrizli ixtiraçı tərəfindən elmi əsaslı bir aparat düzəldilib və bir milyon 500 min tümən qiymətlə arıçıların ixtiyarına verilib.

Arıçılar bir maddənin istehsal metodunu öyrənməyə gəliblər ki, bu günlər qiyməti baldan da şirni görünür.

m.k- Meletin 50 və ya 60-ın hər qramı 250 min tüməndir. Və əgər meletinin dərəcəsi 60-dan 70-dək olarsa, hər qramının qiyməti 300 min tümən olar.

Bu zəhərli maddə bəzi əlacsız dərdlər üçün həyatvericidir.

m.k- Xərçəng şişləri və hüceyrələrini məhvetmə tərkiblərinə malikdir. Və biz uşaqlıq xərçəngi, qara ciyər xərcəngi və həzm sistemi xərçəngləri bəhsində ondan təsirli istifadələr edə bilərik.

Bu üsula nail olmaq üçün Cəhar Məhal və Bəxtiyari vilayətinin ev sahibliyi ilə elmi kurs keçirilibdir.

Bal arısı zəhərinin istehsalı və satışı bu sənaye vurğunlarının bir çoxunu Şəhrekorda yola salıbdır.

Bu günlər sadə və iranlı bir aparatın quraşdırılması ilə bal arısı zəhərini istehsal etmək olar.

Xülasə, bal arısının hər bir sancmasının təqribən min tümən dəyəri var.

Bal arısı zəhərinin hər qramı beynəlxalq bazarlarda 80-130 dollar arasında alınıb-satılır və bu, yəni İranda arıçılar sektorunda iqtisadi rövnəq.

Şərhlər