Nov 04, 2019 10:48 Asia/Baku
  • Çayların plastik zibillərdən təmizlənilməsi üçün yeni cihazlar hazılanıb
    Çayların plastik zibillərdən təmizlənilməsi üçün yeni cihazlar hazılanıb

Hollandiyalı mütəxəssislər okeanlarda plastik çirklənmələri ilə mübarizə üçün yeni vasitələr ibda etdiklərini bildiriblər.

Dünya üzrə okeanlarda plastik çirklənmələrlə mübarizə sahəsində fəaliyyət göstərən bir hollandiyalı fond bu məqsədə xidmət edən yeni cihazlar təqdim edib. Həmin cihazlar plastikin dənizə yol tapmasına mane olur, başqa sözlə plastik zibilləri çaylardan təmizləməklə onların okeanlara axmasına mane olur. 

Bu cihazı ibda edənlər bildiriblər ki, bu sistem İndoneziyanın Cakarta şəhərində və Malayziyanın Klanq şəhərində sınaqdan keçirilib. Vyetnamın Mekonq Delta bölgəsində yerləşən Kanto çayında da bu sistemin sınaqdan keçiriləcəyi planlaşdırılıb. Sözü gedən fond bildirib ki, hər bir cihaz gün ərzində minlərlə kiloqram plastik zibili yığmağa qadirdir. 

Şərhlər