Nov 04, 2019 20:46 Asia/Baku
  • Cəvahirat kəndi
    Cəvahirat kəndi

Müqəddəs Məşhəd şəhərinin Binalud dağları ilə əhatə olunmuş 1500 nəfərlik nüfusa malik olan Pivəjən kəndi dünyanın ən bahalı metalı olan qızılla cəvahirat hazırlamaqla məşğuldur

Dünyada ən yaxşı cəvahirat istehsalçıları ilə tanış olmaq üçün İtaliyaya qədər olan 5 min kilometrlik məsafəni qət etməyə ehtiyac yoxdur. 

Binalud dağları ilə əhatə olunmuş, sənətkar insanlara özündə yer verən bir kəndə getməli idim. 

Bu insanların əl işləri dünyanın ən bahalı metalı ilə dəyərli nümunələrin hazırlanmasına gətirib çıxarır. 

Kəndin gənc sakinlərindən olan İsmayıl ilə götüşürük. 

MM- Mən kənd sakiniyəm və indiki durumumdan çox razıyam.

Bu kəndlilər Xorasanın qızıl və cəvahirat bazarının 85 faizini özlərinə aid ediblər. 

MM- Tehranın cəvahirat hazırlayanlarının 35 faizi bu kəndəndir. 

Səmədinin əlindəki cəvahirat halqası, vilayətin və ölkənin müxtəlif şəhərlərindəki cəvahirat emalatxanalarına qovuşuqdur. 

MM- 15-16 ilə yaxındır ki, qızıl və cəvahirat işindəyəm. 

MM- Burada cəvahirat kəndi strukturu yaradılarsa həm bu sənaye həm də ölkəmiz üçün yaxşı gələcək vəd edə bilər. 

Bu kəndin qadınları üçün də işsizliyin mənası yoxdur. 

M.Z- Mətbəx seti, tirmə işləri, balış üzü və lazım olan digər bu kimi məhsullar hazırlayırıq.

Amma burada bizi təəccübləndirən kəndin hər bir küçəsində çay kimi axan istehsalın rövnəqli olması idi. 

 

XORASANDA YERLƏŞƏN CƏVAHİRAT KƏNDİ  

Şərhlər