Pezeşkian Şəhid Rəhbərlə möhtəşəm vida ərəfəsində xalqa müraciət etdi:
"O Həzrətin qırmızı yüksəlişi yolun sonu deyil"
İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian İslam İnqilabının şəhid liderinin vida və dəfn mərasimi ərəfəsində xalqa müraciət edərək bildirib ki, onun şəhadəti İran xalqının yolunun sonu deyil, yeni birlik, müqavimət və inkişaf mərhələsinin başlanğıcıdır.
Pezeşkian bəyan edib ki, Böyük Rəhbərin bir ömür boyu uca tutmaq üçün mübarizə apardığı bayraq heç vaxt yerə düşməyəcək və İran xalqının iradəsi ilə bundan sonra da dalğalanmağa davam edəcək.
Prezident vurğulayıb ki, İran xalqı bu tarixi mərhələdə dərin hüznlə yanaşı böyük ümid və qətiyyət nümayiş etdirəcək, şəhid Rəhbərin yolu və ideallarına sadiqliyini bir daha sübut edəcək.
O qeyd edib ki, şəhid Rəhbərin itkisi İran xalqı, İslam ümməti və dünyanın bütün azad insanları üçün ağır itki olsa da, bu hadisə dövlətin möhkəm inam, ideal və xalq iradəsi üzərində qurulduğunu bir daha göstərdi.
Pezeşkiyanın sözlərinə görə, bu "qırmızı yüksəliş" yolun sonu deyil, əksinə, daha güclü birlik, müqavimət və tərəqqi dövrünün başlanğıcıdır.
İran prezidenti sonra bildirib ki, şəhid Rəhbər müasir tarixin ən çətin dövrlərində möhkəm iman, müdrik idarəçilik və misilsiz cəsarətlə müstəqillik, dini demokratiya və müqavimət bayrağını uca tutdu.
O əlavə edib ki, Aliməqamlı Rəhbərin adı, düşüncələri və fəaliyyəti İran xalqının tarixi yaddaşında və dünya azad insanlarının vicdanında əbədi yaşayacaq.