"Xalqın intiqam səsini dünyaya çatdırmaq lazımdır"
https://azeri.sahartv.ir/news/İran-i423006-xalqın_intiqam_səsini_dünyaya_çatdırmaq_lazımdır
İran parlamenti - İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, şəhid Rəgbərin dəfn mərasimi təkcə vida mərasimi deyil, xalqın şəhidlərin yolu və İslam İnqilabının dəyərlərinə sadiqliyinin nümayişidir.
(last modified 2026-07-02T14:43:03+00:00 )
İyul 02, 2026 18:41 Asia/Baku

İran parlamenti - İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, şəhid Rəgbərin dəfn mərasimi təkcə vida mərasimi deyil, xalqın şəhidlərin yolu və İslam İnqilabının dəyərlərinə sadiqliyinin nümayişidir.

Məhəmməd Baqir Qalibaf öz müraciətində İran xalqını şəhid İmam Xameneinin dəfn mərasimində geniş iştirak etməyə çağırıb. O bildirib ki, İran xalqı zülm və hegemonluq qarşısında susmayacaq və öz liderinin qanını yerdə qoymayacaq. 
Qalibafın sözlərinə görə, bu mərasim şəhidlərin yolu və inqilab dəyərləri ilə yenilənən əhdin təzahürü olacaq. 
O qeyd edib ki, milyonlarla insanın iştirakı İran xalqının birlik və sədaqətinin göstəricisinə çevriləcək. Parlament sədri vurğulayıb ki, xalq ayağa qalxmalı və öz qan tələbi səsini dünyaya çatdırmalıdır.