Mart 01, 2020 20:55 Asia/Baku
  • Qəzvində dezinfeksiya maddələri istehsal olunur
    Qəzvində dezinfeksiya maddələri istehsal olunur

Koronavirus ilə mübarizəyə töhfə vermək üçün İranda bir çox müvafiq təşkilat səfərbər olub. Səhiyyə mərkəzlərindən əlavə dezinfeksiya məhsullarını istehsal edən obyektlər də bu prosesə öz töhfələrini verirlər.

Bir çox zavodlar özlərinin adi istehsal prosseslərini kənara qoyaraq yeni məhsullar istehsal etməklə koronavirus ilə mübarizəyə başlayıblar. 

MM: Bizim şirkətdə ötən cümə axşamından bütün istehsal xətləri və işçilər əlləri dezinfeksiya edən maddələrin istehsalına səfərbər olub. 

MM: Vəziyyət gərginləşdikdə istehsal sürətini artırmışıq. 

Bəzi məhsullar keçmişdə də istehsal olunurdu, amma son günlərin vəziyyətini nəzərə alaraq artıq böyük həcmdə istehsal olunur. 

MM: Bizim iki məhsulumuz var dezinfeksiya jeli və mayesi koronavirsla mübarizədə də istifadə olunur.  

Elm və texnologiyanın birləşməsi nəticəsində isehsal edilən məhsul pis qoxuya malik deyil. Qəzvin sənayesində çalışanlar istehsal etdikləri məhsulun tezliklə bazara buraxılmasına səy göstərir. 

MM: İki həftədir ki, gücləndirilmiş iş rejimində və 24 saatlıq fəaliyyət göstəririk. 

Bu məhsullar qəzvindən başqa qonşu vilayətlərdə də paylaşdırılacaq. 

QƏZVİNDƏ DEZİNFEKSİYA MADDƏLƏRİNİN İSTEHSALI ARTIRILIB

Şərhlər