Sen 13, 2020 12:17 Asia/Baku
  • Azərbaycan Premyer Liqasında 2-ci turun son oyunu bu gün keçiriləcək

Bu gün Azərbaycan Premyer Liqasında II turun son oyununa start veriləcək.

Səhər Azəri bildirir ki, bu gün Azərbaycan Premyer Liqasında II turun son oyunu günün yeganə matçı kimi Bakıda baş tutacaq.

Masazırdakı “Bank Respublika Arena”dakı qarşılaşmada “Sabah” “Qəbələ”ni qəbul edəcək. Mövsümə məğlubiyyətlə başlayan Visente Qomesin yetirmələri ilk ev oyununda qalib gəlməyə çalışacaq. Ötən tur heç-heçə edən Elmar Baxşıyevin komandası isə səfərdə uğurlu nəticəyə köklənib.

Qeyd edək ki, turun ilk günündə “Neftçi” “Sumqayıt”a 0:2 hesabı ilə uduzub, “Keşlə” – “Qarabağ” matçında qol vurulmayıb. Dünən isə “Zirə” səfərdə “Səbail”ə qalib gəlib – 2:1.

Teqlər

Şərhlər