Noy 12, 2017 18:53 Asia/Baku
  • İranın
    İranın "Kunq Fu" komandası dünya çempionatında 9 medala yiyələnib

"Kunq Fu" idman növü üzrə Çində keçirilən dünya çempionatında İran təmsilçiləri bir qızıl, 2 gümüş və 6 bürünc medal ilə öz işlərini başa vurublar.

İRNA-nın verdiyi məlumata görə, 9 noyabrda Çinin Ami Şan şəhərində start götürən "Kunq Fu" üzrə 7-ci dünya çempionatı bu gün öz işini başa vurub.

Bu yarışlarda 57 ölkədən gəlmiş 3800 idmançı mübarizə aparıb.