Dek 03, 2017 12:28 Asia/Baku
  • İranlı ixtiraçılar Beynəlxalq İxtiralar Müsabiqəsində 7 medalın sahibi olublar
    İranlı ixtiraçılar Beynəlxalq İxtiralar Müsabiqəsində 7 medalın sahibi olublar

İranlı ixtiraçılar Cənubi Koreyada keçirilən 13-cü Beynəlxalq İxtiralar Müsabiqəsində 7 medal əldə etməyə nail olublar.

İRİB-nin verdiyi məlumata görə, Cənubi Koreyada keçirilən 13-cü Beynəlxalq İxtiralar Müsabiqəsində 30 ölkə iştirak edib. Müsabiqəyə 620 ixtira ilə qatılan 30 ölkənin nümayəndələri 30 noyabrdan 3 dekabra kimi Seulun COEX mərkəzində rəqabət aparıblar. 

İranın 12 nəfərlik heyəti bu müsabiqədə 10 ixtira ilə iştirak edərək, 4 qızıl, 2 gümüş və 1 bürünc medal əldə edib. 

Seul İxtiralar Müsabiqəsi ixtiraların ticariləşdirilməsi və informasiya mübadiləsi məqsədi daşıyır. Bu müsabiqədə ixtiraçılar öz yeni ixtiralarını istehsalçılar, sərmayə sahibləri və iş adamlarına tanıtdırmağa çalışırlar. 

Teqlər