Sen 24, 2018 10:12 Asia/Baku
  • İran nümayəndəsi cüdo üzrə dünya çempionu olub
    İran nümayəndəsi cüdo üzrə dünya çempionu olub

İran İslam Respublikasının Bakıda keçirilən cüdo üzrə dünya çempionatında iştirak edən nümayəndəsi dünya çempionu olub.

81 kiloqramdan aşağı çəki dərəcəsində yarışan iranlı cüdoçu Səid Molayi dünən finalda yapon rəqibi Sutaro Fucivaraya qalib gələrək, yarışların qızıl medalını qazanıb.

Beynəlxalq təsnifatda birinci olan Səid Molayi bundan öncə Kanada, İslandiya, Portuqaliya, Belçika və Türkiyədən olan rəqiblərinə qalib gəlmişdi.

Dünən də 73 kiloqramdan aşağı çəki dərəcəsində yarışan iranlı cüdoçu Mohəmməd Mohəmmədi Bərimanlu yarışların bürünc medalını qazanmışdı.

Bu yarışlar 125 ölkədən 758 cüdoçunun iştirakı ilə ötən cümə axşamı günü sentyabrın 20-dən Bakıda keçirilir.

Teqlər