Fev 25, 2020 21:28 Asia/Baku
  • Qərbi Azərbaycanın gözəl təbiəti
    Qərbi Azərbaycanın gözəl təbiəti

Sərdəşt şəhəri, sıx meşəliklər, yaşıl dərələr, çaylar və nadir şəlalələrlə əhatə olunmuş qədib bir diyardır.

Sərdəştin gözəlliklərini iki qat artıran amil qərbi Azərbaycan vilayətinin ən cazibədar şəlaləsinin bu şəhərin yaxınlığında yerləşməsidir. 

Şalmaş şəlaləsi sərdəştin 10 km cənubunda yerləşir, yaşıl dərəsi və sız meşələri ilə diqqət çəkir. Bu şəlalə kiçik zab çayının qollarından birinin istiqamətində yerləşir. Şalmaş sözünün bəlkə iri daş mənasında olduğu deyilir, bəlkədə şəlalənin iri daş üzərindən axdığına görə ona belə ad verilib. Şəlalənin hündürlüyü 15 metrdir və 3 paralel şəlalədən ibarətdir. Birinci şəlalə dayanacaq yerindədir amma qalan iki şəlaləni görmək üçün yaradılmış pilləkən vasitəsi ilə uzun məsafəni enmək lazımdır. Enərkən gözəl təbiəti seyr edərək pilləkənlərin sayı diqqət çəkməyə bilər ancaq qayıdarkən 385 pillə məsafənin və hündürlüyün çox olduğunu göstərir. İki kiçik şəlaləyə yer verən dərə göz oxşayan gözəl mənzərəyə malikdir. Dərəyə doğru istiqamətdə pilləkən yaradılması və hasar çəkilməsi gediş-gəlişi asanlaşdırıb. 

Sərdəştə səfər edənlər bu şəhərə məxsus olan müəyyən ayaq qabı növü olan Givə alıb sövqat apara bilərlər.

İranın bu güşəsinin mehriban əhalisi sizi öz diyarında görmək istəyir.