Yan 03, 2021 15:58 Asia/Baku
  • İranlı futbolçu Portuqaliya liqasının ən yaxşı oyunçusu oldu

İranlı futbolçu Mehdi Taromi Portuqaliya Liqasında ayın ən yaxşı oyunçusu adını qazanıb.

SəhərAzəri xəbər verir, ötən günlərdə 2020-ci ildə Portuqaliya liqasının ən yaxşı bombardiri seçilmiş Mehdi Taromi «Viktoriya Gimaraynş» və «Tondela» futbol klubları ilə görüşlərdə yüksək oyun nümayiş etdirdikdən sonra Portuqaliya Liqasında ayın ən yaxşı oyunçusu adına da layiq görülübdür.

«Qol Poyt» mediası da özünün 9-cu nömrəsini bu iranlı hücumçuya həsr və onu Portuqaliya Liqasının 11-ci həftəsinin ən yaxşı oyunçusu kimi yad edibdir.

Taromi öz karyerasında 21 qola və üç qol ötürməsinə malikdir.

O, bu müddətdə bir qol İranın yığma futbol komandası üçün, iki qol ötürməsi ilə yanaşı, on beş qol Poruqaliyanın «Riu Ave» klubu üçün, həmçinin elə həmin ölkənin «Porto» klubu üçün bir qol ötürməsi ilə yanaşı altı qol və penalti nöqtəsindən yeddi qolu qeydə aldırıbdır.

Bundan əvvəl də Portuqaliyanın «Porto» futbol klubunun bu iranlı milli oyunçusu qədim qitənin/ həftə üzrə ən yaxşı legioneri seçilmişdi.

Teqlər