Sen 01, 2017 15:18 Asia/Baku
  • Mina diyarında

Beytullahulhəram zəvvarları, o sıradan iranlı zəvvarlar həcc mərasiminin bir hissəsi olan "Rəmy Cəmərat" mərasimini həyata keçiriblər.

Təmətto həcci mərasiminə əsasən, Beytullahulhəram zəvvarları zihəccənin onunda cəməratlardan birinə, cəmrə əqəbəyə və ya böyük şeytana yeddi daş atırlar.  

"Rəmy Cəmərat"dan sonra növbə, təmətto həccinin digər mərasimini, yəni qurbanlığı həyata keçirməyə çatır.

Bu zaman zəvvarlar hacı olurlar və ehramdan çıxa bilərlər. Başın qırxılması da həyata keçirilir.

Zəvvarlar həmçinin zihəccənin onunda, Qurban bayramını qeyd edirlər. Bu bayram müsəlmanların ən mühüm bayramlarından biridir.