Apr 28, 2018 11:20 Asia/Baku
  • Həzrət Əli Əkbər(ə)-ın mövlud günü mübarək!
    Həzrət Əli Əkbər(ə)-ın mövlud günü mübarək!

Bu gün, şəban ayının on biri, dünya şiələrinin üçüncü imamı, İmam Hüseyn(ə)-ın övladı- Həzrət Əli Əkbər(ə)-ın mövlud günüdür.

Həzrət Əli Əkbər(ə) 33-cü hicri qəməri ili şəban ayının on birində Mədinə şəhərində dünyaya gəlib. 

Atası- dünya şiələrinin üçüncü imamı, İmam Hüseyn(ə), anası isə, Leyla binti Əbi Murrədir.

İmam Hüseyn(ə), Həzrət Əli Əkbər(ə)-ı xilqət və yaranışda, əxlaqi və ruhi xüsusiyyətlərdə, danışıq və ictimai ənənələrdə Rəsuli-Əkrəm(s.ə.s)-ə daha çox bənzəyən bir şəxs kimi təqdim edirdi.

Həzrət Əli Əkbər(ə) 61-ci hicri qəməri ili məhərrəm ayının onunda baş vermiş Aşura hadisəsində möhtərəm atası və o həzrətin vəfalı köməkçiləri ilə yanaşı, şəhid oldu və Kərbəlada, İmam Hüseyn(ə)-ın kənarında dəfn edildi.

İran İslam Respublikası təqvimində Həzrət Əli Əkbər(ə)-ın mövlud günü, "gənclər günü" adlandırılıbdır.

İran İslam Respublikasının TeleRadio Təşkilatı Həzrət Əli Əkbər(ə)-ın mövlud gününün ildönümü münasibətilə bütün dünya müsəlmanlarını, xüsusən şiələri təbrik edir.