Mart 21, 2020 20:01 Asia/Baku
  • Məbəs bayramı mübarək!

Sabah, 1441-ci hicri qəməri ili rəcəb ayının 27-si və 2020-ci il martın 22-si, Böyük İslam Peyğəmbəri(s.ə.s)-in məbəsi günüdür.

Məbəs bayramı Həzrət Məhəmməd(s.ə.s)-in 40 yaşında Həra mağarasında Həzrət Cəbrail vasitəsilə və Allah-Taala tərəfindən peyğəmbərliyə seçildiyi gündür.

O həzrət böyük ilahi peyğəmbərlərdən sonuncu elçi olaraq, Fil ilindən qırx il sonra, rəcəb ayının 27-də peyğəmbərliyə seçildi ki, cahillik və əxlaqsızlığa qərq olmuş cahil bir cəmiyyəti əxlaqmehvərli səmtə, insan ləyaqətinə və nəfs izzətinə çağırmış olsun.

Böyük İslam Peyğəmbəri(s.ə.s)-in besətini dünyada ən böyük əxlaqi və islami sivilizasiyanın təşkilinin başlanğıcı hesab etmək lazımdır ki, insanları tarix boyu təfəkkür və əqidə bulanmalarından xilas etdi.

Böyük İslam Peyğəmbəri(s.ə.s.) ən yaxşı və ən mükəmməl səmavi kitab kimi Qurani-Kərim möcüzəsi ilə məbus olubdur. Bu məbəs insan həyatı səhnəsində insani dəyərlərin zühuru və nur partlayışı idi.

O həzrət səmavi kitab olan Quranın nazil olması ilə insan cəmiyyətində qadınlar və qızların ləyaqəti, zülm və bütpərəstliklə mübarizə, insanlara yardım, tövhid, tək Allaha pərəstiş və xoş əxlaqın əsasını qoydu və insanların dünya və axirət səadətinə çatma yolunu bəyan etdi.

İran İslam Respublikasının TeleRadio Təşkilatı dünya müsəlmanlarının böyük bayramı olan Həzrət Muhəmməd Mustəfa(s.ə.s)-in besətinin ildönümü günü münasibətilə bütün dünya müsəlmanlarını təbrik edir.

MƏBƏS BAYRAMI MÜBARƏK!

Teqlər