• Bu gün həzrət bülfəzl Abbasın mövlud günüdür
    Bu gün həzrət bülfəzl Abbasın mövlud günüdür

Bu gün şənrə 21 aprel 2018-ci il, 4 şaban 1439-cu hicri qəməri ili həzrət Əbülfəzl Abbasın mövlud günüdür.

İmam Əlinin(ə) övladlarından olan həzrət Abbas hicrətin 26-cı ilində, şaban ayının dördündə Mədinə şəhərində dünyaya göz açır. Onun məşhur ləqəbləri "Əbülfəzl, Qəməri Bəni Haşim, Kərbəla ələmdarı və Səqqa"dır. 

Abbasın anası Ümmül Bənin adlı bir qadın idi. Xanım Fatimənin(s) vəfat etməsindən sonra İmam Əli(ə) ilə ailə qurmuşdu. 

Həzrət Əbülfəzl Abbas(ə) Aşura qiyamının qəhrəmanlarındandır. O, bir fədakarlıq nümunəsi olaraq İmam Hüseyn(ə)-a olan eşq və məhəbbətini öz şəhadəti ilə ən gözəl formada nümayiş etdirdi. 

Əbülfəzl Abbasın(ə) doğum günü İran İslam Respublikası təqvimində "müharibə əlilləri günü" olaraq qeyd olunur. 

Həzrət Abbasın(ə) mövlud günü münasibəti ilə İranda xüsusilə mqəddəs məkanlarda şənlik mərasimləri keçirilib. 

İran İslam Respublikası Teleradio Təşkilatı olaraq həzrət Əbülfəzl Abbasın(ə) mövlud günü münasibətiilə dünya müsəlmanlarını təbrik edirik. 

 

Apr 21, 2018 08:44 Asia/Baku
Şərhlər