Aug 17, 2019 06:27 Asia/Baku
  • Bu gün İmam Hadinin(ə) mövludu günüdür

Bu gün 1440-cı hicri qəməri ili zilhəccə ayının 15-i, 2019-cu milad ili avqustun 17-i , dünya şiələrinin onuncu imamı, Həzrət İmam Əliənnəqi Əlhadi(ə)-ın səadətli mövludunun ildönümü günüdür.

Dünya şiələrinin onuncu imamı(ə) 212-ci hicri qəməri ili zilhəccə ayının 15-də dünyaya göz açıb.

Həzrət İmam Hadi(ə) böyük atasından sonra səkkiz yaşında ikən imamlıq dərəcəsinə çatıb və imamlığı dövrü 33 il olub.Həzrət İmam Əliənnəqi(ə) bərəkətlə dolu həyatında son dərəcə parladı və xalqın istiqamətləndirilməsindəki böyük ciddi-cəhdlərinə görə, Hadı, yəni istiqamətləndirici adı ilə məşhur oldu.

İranda paklıq Əhli-Beyti(ə) davamçıları Həzrət İmam Əliənnəqi Əlhadi(ə)-ın səadətli mövlud gününün gecəsi və günündə müxtəlif müqəddəs məkanlarda, məscidlər və küçələrdə  şadlıq edirlər.

İranın Teleradio Təşkilatı dünya şiələrinin onuncu imamının mövludunun ildönümü gününün gəlib çatması münasibətilə bütün şiələri və dünyanın digər azadlıqsevərlərini təbrik edir.İ

Teqlər

Şərhlər