Sep 12, 2019 09:02 Asia/Baku
  • Dünya şiələrinin dördüncü imamının şəhadətinin ildönümü günü münasibətilə başsağlığı veririk
    Dünya şiələrinin dördüncü imamının şəhadətinin ildönümü günü münasibətilə başsağlığı veririk

Bu gün, məhərrəm ayının 12-si, İmam Hüseyn(ə)-ın övladı, Səccad ləqəbli İmam Zeynəlabidin(ə)-ın şəhadətinin ildönümü günüdür.

Dünya şiələrinin dördüncü imamı, İmam Zeynəlabidin(ə) 38-ci hicri qəməri ilində Mədinə şəhərində dünyaya gəldi. O həzrət İslam Peyğəmbəri(s.ə.s)-in xanədanına çox çətin keçən bir dövrdə yaşayırdı.

Kərbəla hadisəsində xəstəlik yatağında olan İmam Səccad(ə) İmam Hüseyn(ə)-ın böyük hərəkatından sonra bu hərəkatın müraciətinin yayılması və öz möhtərəm atasının yolunun davam etdirilməsi kimi ağır bir məsuliyyəti üzərinə götürdü və bu qiyamın mahiyyəti və önəmini göstərmək istiqamətində çox səy göstərdi.

Dünya şiələrinin dördüncü imamı İslam sivilizasiyası və mədəniyyətinin əsasının qoyulmasında və əsl Quran təlimlərinin yayılmasında çalışdı və özünəməxsus ziyalılıqla müsəlman alimlər yetişdirməyə başladı ki, bu yolla Quran və Peyğəmbərin adət-ənənəsi qorunmuş olsun.

İran İslam Respublikasının TeleRadio Təşkilatı Həzrət İmam Səccad(ə)-ın şəhadətinin ildönümü günü münasibətilə müsəlmanlara və dünyanın digər azadlıqsevərlərinə başsağlığı verir.

 

 

Şərhlər