Oct 18, 2019 20:29 Asia/Baku
  • Kərbəlada Hüseyn aşiqlərinin izdihamı
    Kərbəlada Hüseyn aşiqlərinin izdihamı

İraqın müxtəlif vilayətlərindən və dünyanın hər bir nöqtəsindən Hüseyn Ərbəini zəvvarlarının müqəddəs Kərbəlaya doğru axını davam etməkdədir.

Dünyanın ən böyük mənəvi toplantısında Əhli-Beyt(ə) vurğunlarından milyonlarla nəfər məhəbbət dolu ürəklə özünü müqəddəs Kərbəla şəhərinə çatdırır ki, Kərbəla şəhidlərinin ərbəin günündə İmam Hüseyn(ə)-ın pak ziyarətgahını ziyarət etsin. Milyonlarla nəfərin özünü Kərbəlaya çatdırdığı bir halda, milyonlarla nəfər də piyada surətdə Kərbəla istiqamətində hərəkətdədir ki, müqəddəs Kərbəladakı insanların sayı şənbə günü kulminasiya nöqtəsinə çatmış olsun. İraqın bütün bölgələrindən iri həcmdə insanlar piyada şəkildə Kərbəlaya doğru hərəkətdədirlər. Bu əzadarlar xas bir şövq və maraqla yüzlərlə kilometr yol gedirlər ki, İmam Hüseyn(ə)-a olan məhəbbətlərini göstərmiş olsunlar. Bu misilsiz beynəlxalq hərəkat dünyanın müxtəlif bölgələrində ürəkləri ram edibdir ki, İraqla qonşu ölkələrin sakinlərindən və hətta uzaq məsafədə yerləşən ölkələrin vətəndaşlarından yüz minlərlə nəfər ciddi-cəhdlə özünü Kərbəlaya çatdırmış və müqəddəs Ərbəin mərasimində iştirak etmiş olsun. İnsanların milyonluq hərəkəti yolunda müxtəlif ölkələrdən olan müxtəlif heyətlər çadır qurub, zəvvarlara mənzil, qida və tibb xidmətləri kimi istənilən xidməti göstərməklə məşğuldurlar. İranlı rəsmilər də xəbər veriblər ki, Kərbəlaya getmək üçün üç milyon beş yüz min nəfərdən çox insan İraqla dörd sərhəd keçid məntəqəsindən keçib və bu rəqəmin qarşıdakı saatlarda artacağı gözlənilir.

 

 

Şərhlər