Fev 11, 2018 09:18 Asia/Baku
  • İslam İnqilabının Fəcr Ongünlüyü; Qələbə Günü

Bu gün bazar günü 22 bəhmən 1357-ci günəş ili, 11 fevral 1979-cu il İslam İnqilabının qələbəsinin ildönümü gününə təsadüf edir. 39 il o qanlı və qiyam günlərindən ötür. İranda inqilab azadlıqsevərlər üçün dönüş nöqtəsi, dünya zalımları üçün isə təhlükə zəngi oldu. Bu proqramda İslam İnqilabının Fəcr Ongünlüyünün son gününə diqqət yetirəcəyik.

Pəhləvinin baş naziri Bəxtiyar Tehranın şərqində Fərəhabad hava bazası yaxınlığında silahqayırma ərazisini havadan bombalamağa göstəriş verdi. Lakin son mərhələdə bu əməliyyat ləğv olundu. Silahqayırma zavodu bu gün təxminən səhər saat səkkizdə vətəndaşların nəzarətinə keçdi. 

Tehran küçələrinin əksəriyyətində ordu ilə silahlı insanlar arasında toqquşma zirvəyə çatdı. 

Bir neçə şəhərin hərbi bölmələri, o cümlədən Qəzvin zirehli alayı, Tehrana doğru yola düşdü. Vətəndaşlar hərbi bölmələrin girişinin qarşısını almaq məqsədilə Tehran-Kərəc yolunu bağladılar. 

Son qarşıdurmalar ardınca, tibbi ekspertiza son bir neçə gündə qətlə yetirilən və müəyyənləşdirilməyən şəhidlərlə dolu idi. 

Ordunun silahları, Evin həbsxanası, SAVAK, Senat və Şura Məclisləri, Radio və Televiziya, Baş Nazirlik, Jandarma və Meriya vətəndaşların nəzarətinə keçdi. 

SAVAK-ın rəisi Nəsiri, Kürdüstan əhalisinin qatili Salar Caf, Tehran hərbi komandanı general Rəhimi vətəndaşlar tərəfindən həbs olundu. Həmçinin quru qüvvələr komandanı general Bədreyi, Qvardiya komandanlarının əvəzi Məhəmməd Əmin və Bəyləri öldürüldü. 

Saat 10:30-da Ordunun Ali Şurası baş qərargah rəisi, hərbi nazir və bir çox komandanın iştirakı ilə iclas təşkil etdi. Uzun müzakirələrdən sonra siyasi münaqişələrdə tərəfsizliyini elan etdi. 

Cənab Bazərqan televiziya çıxışında vətəndaşlara, xüsusilə də siyasi məsələlərdə tərəfsizliyini elan edən orduya təşəkkürünü bildirdi və dedi: General Qarabaği baş tutan görüşdə mənim müvəqqəti hökumətimlə əməkdaşlığını bildirmişdir. 

Bəxtiyar istefasını cənab Bazərqana təqdim etməli idi. Lakin günortadan sonra təxminən saat 2 radələrində baş nazirlik binasının mühasirəyə alınması və 6 ay baş nazir olduqdan sonra gizli şəkildə İrandan qaçdı. 

Ordunun üçlü qüvvələrinin komandanları İmam Xomeyni (rə) ilə görüşərək öz istefalarını təqdim etdilər. 

Həzrət İmam Xomeyninin mənzilinə müraciət etməklə silahlı qüvvələr imama dəstəklərini elan etdilər. 

Ayətullah Mərəşi Nəcəfi və Ayətullah Şirazi ayrı-ayrılıqda İran xalqına ünvanlanan bəyanatlar verərək İslam İnqilabının qələbəsi münasibəti ilə xalqı təbrik etdilər. 

Nəcəf-Əşrəfdə böyük təqlid mərcələrindən Ayətullah Xoyi Həzrət İmam Xomeyniyə (rə) teleqraf vuraraq İrana qayıdışı münasibəti ilə onu təbrik etdi. 

Şah rejiminin süqutu münasibəti ilə Yasir Ərəfat Həzrət İmam Xomeyniyə təbrik müraciəti ünvanladı. 

İnqilab hadisələri o qədər sürətli idi ki, ABŞ rəsmiləri hətta son günlərə qədər inqilabın qələbə çaldığını bilmirdilər. Bjezinskinin idarə etdiyi Ağ Evin əməliyyat otağı telefonda Salivandan soruşdu: Hələ də çevrilişə imkan varmı?

Radio diktorunun səsi qələbə nəğməsini belə elan edirdi: Diqqət! Diqqət! Bu, İran xalqının inqilab səsidir. 

İmam Xomeyninin rəhbərliyi ilə İran xalqının islam inqilabı 2500 illik şahlıq rejimini devirdi. 

İmam Xomeyni bir müraciətdə xalqa dedi: Diqqətli olun ki, düşmənə qalib gəlmək baxımından inqilabımız hələlik sona çatmayıb. Düşmən müxtəlif vasitələrə və hiylələrə malikdir və məkrli planlar pusqudadır. Ayıq-sayıqlıq, inqilabın nizam-intizamı və rəhbərlik və müvəqqəti islam hökumətinin fərmanlarına itaət məkrli planları zərərsizləşdirə bilər. Müvəqqəti islam hökuməti ilə əməkdaşlıq edin ki, Allahın köməkliyi ilə, bir-birimizlə əməkdaşlıqla azad və abad İslami İranı dünyanın qibtə etdiyi ölkəyə çevirək.