Dek 24, 2019 19:37 Asia/Baku
  • Həzrət İsanın(ə) mövludu günü mübarək olsun!
    Həzrət İsanın(ə) mövludu günü mübarək olsun!

Sabah 2019-cu il 25 dekabr Həzrət İsa Məsihin(ə) mübarək mövludunun ildönümü gününə təsadüf edir.

Qurani kərimdə Ruhullah ləqəbi ilə yad edilmiş Həzrət İsa Məsih(ə) Həzrət Məryəmin(s) oğludur. 

Həzrət İsa Məsih(ə)  müjdə verdi ki, məndən sonra adı Əhməd olan bir peyğəmbər gələcək. Əhməd əziz islam peyğəmbəri Həzrət Məhəmmədin(s) adıdır. 

Xristianlar Allahın böyük peyğəmbərlərindən biri olan Həzrət İsanın(ə) mübarək mövludu günündə xüsusi mərasimlər keçirirlər, bu mərasimlərdən biri də evlərdə bəzədilmiş yolka qurmaqdan ibarətdir. 

Səhər Beynəlxalq Televiziya Kanalı Həzrət İsanın(ə) mübarək mövludunun ildönümü günü münasibəti ilə o həzrətin bütün davamçıları və sevənlərini təbrik edir .