Yan 29, 2020 09:11 Asia/Baku
  • İnqilab Rəhbərinin iştirakı ilə Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın şəhadəti gecəsi mərasimi keçirilib
    İnqilab Rəhbərinin iştirakı ilə Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın şəhadəti gecəsi mərasimi keçirilib

İslam İnqilabının Böyük Rəhbərinin iştirakı ilə İmam Xomeyni(r.ə.) adına hüseyniyyədə Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın şəhadəti gecəsi üzrə əzadarlıq mərasimi keçirilib.

İslam İnqilabının Böyük Rəhbəri və İranın bir qrup məsul şəxsinin, eləcə də xalqın müxtəlif təbəqələrindən minlərlə nəfərin  iştirakı ilə keçirilən Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın şəhadəti gecəsi üzrə əzadarlıq mərasimində, mərasimin natiqi deyib: Həzrət Fatimə(s.ə.) ilahi razılıq rəmzi və cilvəsidir. O böyük xanımın razılığı Allah-Taalanın razılığına səbəb olur.

Həmçinin mərasimin mədhiyyəçisi müsibəti zikr edərək, mərsiyyə oxuyubdur.

İmam Xomeyni(r.ə.) adına hüseyniyyədə keçirilən Həzrət Seddiqeyi Tahirə(s.ə)-nın əzadarlıq mərasimi Fatimiyyə günlərilə bir vaxtda yanvarın 26-sı gecədən başlanıb.

Bu gün, 2020-ci milad ili yanvarın 29-u, 1441-ci hicriye-qəməri ili cəmadiussani ayının üçü, Böyük İslam Peyğəmbəri(s.ə)-ın əziz qızı və dünya şiələrinin birinci imamı, əmirəlmöminin Həzrət Əli ibn Əbi Talib(ə)-ın həyat yoldaşı- Həzrət Fatimeyi-Zəhra(s.ə)-ın şəhadətinin ildönümü günüdür.

Teqlər