Dek 04, 2016 13:43 Asia/Baku
  • Pakistanda İran filmlərinə maraq artır
    Pakistanda İran filmlərinə maraq artır

İran filmləri Pakistan bazarında söz sahibinə çevrilir. Pakistanlılar İran filmlərini Hindistan filmlərini əvəz edə biləcək münasib seçim hesab edirlər.

 

 

İRİB-nin müxbiri:

İran və Pakistan arasındakı dərin tarixi, mədəni və dini ortaqlıqlar İran filmlərinin Pakistanın kino bazarında özünə yer açmasına şərait yaradıb. İndi, pakistanlılar kinoteatrlarda və televiziya ekranlarında daha çox İran filmlərini seyr etmək istəyirlər.

 

Camal Şah – Pakistan Milli İncəsənət Şurasının sədri:

 Mən İran filmləri ilə tanışam. Çox yaxşı filmlərdir və bizim mədəniyyətimizə də uyğundur.

 

Nəcəf Abbas Siyal – Pakistan Parlamentinin üzvü:

İran bizim qonşumuzdur. Və onun mədəni məhsullarına geniş yer vermək lazımdır. İran filmlərini dublyaj etmək və ya alt yazı ilə ekran etmək olar.

 

İRİB-nin müxbiri:

Hindistan filmləri, dublyaja ehtiyac olmadığı üçün, ötən illər ərzində Pakistanın film bazarını ələ keçirməyi bacarıb. Baxmayaraq ki, mahiyyət baxımından dəyərsiz olan bu filmlər pakistanlıların ehtiyaclarını təmin edə bilmir.

 

Səfdər Abbas – Pakistan vətəndaşı:

İran filmlərinin çeşidli mövzulara malik olduğu üçün daha çox sevilir.

 

Şahi Seyid – Pakistan Parlamentinin üzvü:

İranlılar bizim qonşumuzdurlar və mədəni ortaqlıqlarımız var. Buna görə də İran filmlərinə geniş yer verilməlidir.

 

İRİB-nin müxbiri:

Pakistan və Hindistan arasındakı siyasi ixtilafları və iki ölkə sərhədlərindəki gərginlikləri nəzərə alaraq, pakistanlılar Hindistan filmləri üçün alternativ tapmaq qərarına gəliblər. Buna görə də mədəni ortaqlıqları və İran filmləri və seriyallarının dərin məzmuna malik olmasına diqqət göstərərək, Hindistan filmlərinin yerinə, İran filmlərinə üz tutmaq fikrinə düşüblər. Hazırda Pakistanda 300 kinoklub və 90 televiziya kanalı fəaliyyət göstərir.